MƏXFİLİK SİYASƏTİ

Bu Məxfilik Siyasəti (bundan sonra Siyasət) fərdiləşdirilmiş məşq xidmətlərimizdən istifadə, rəqəmsal fitnes kontentinə giriş, qiymətləndirmə sorğularımızı cavablandırma, virtual yarışlarda iştirak, məhsul və xidmətlərimizi əldə etmə, xəbər bülletenimizə və bizim sosial və ictimai təşəbbüslərimizə abunəlik zamanı (bundan sonra "Xidmət" adlandırılacaq) hansı məlumatları və nə üçün topladığımızı və necə emal etdiyimizi anlamağınıza imkan verir.Məzmun:
  1. Nəzarətçi və DPO kimdir və onlarla necə əlaqə saxlamaq olar?
  2. Bu Siyasət nə vaxt tətbiq olunur?
  3. Nə üçün biz sizin şəxsi məlumatlarınızı emal edirik, məlumatların emal olunmasının hüquqi əsasları nədir və hansı şəxsi məlumatları toplayırıq?
  4. Məlumatların təqdim edilməsinin xarakteri nədir və hər hansı imtinanın nəticələri hansılardır?
  5. Sizin şəxsi məlumatlarınız kimə açıqlana bilər?
  6. Məlumatın beynəlxalq ötürülməsi nədir?
  7. Şəxsi məlumatlarınızı hansı müddətə saxlayırıq?
  8. 16 yaşına çatmamış yetkinlik yaşına çatmayanlar tərəfindən Xidmətdən istifadə
  9. Məlumat subyektinin hüquqları və onlardan necə istifadə edə bilərsiniz.

1. NƏZARƏTÇİ VƏ DPO KİMDİR VƏ ONLARLA NECƏ ƏLAQƏ SAXLAMAQ OLAR?

Cesena şəhəri, Calcinaro küçəsi 2861 ünvanından qeydiyyatdan keçmiş, həmin ünvanda ofisi olan Nəzarətçi Technogym S.p.A. (bundan sonra “Technogym” adlandırılacaq) Technogym® Rəqəmsal Platformalarından istifadənizlə əlaqədar şəxsi məlumatlarınızı toplayacaq və emal edəcək: bunlara vebsaytlarımız (məsələn, www.technogym.com, www.mywellness.com, www.skilathletic.com və başqaları), mobil proqramlarımız (məsələn, Technogym mobil tətbiqi, Mywellness mobil tətbiqi, MyRun mobil tətbiqi və s.) və Technogym® ilə əlaqəli avadanlıq (bundan sonra “Platforma” adlandırılacaq) daxildir.Technogym, aşağıda göstərilən məqsədlər, eləcə də müqavilədən əvvəl və müqavilə münasibətləri ilə əlaqədar mərkəzləşdirilmiş marketinq fəaliyyətləri üçün şəxsi məlumatlarınızla bağlı Nəzarətçi kimi çıxış edəcək. Siz privacy@technogym.com ünvanına və ya Məlumatların Qorunması üzrə Əlaqələndirici Şəxsə (DPO) e-poçt göndərməklə Technogym ilə əlaqə saxlaya bilərsiniz.

Birgə nəzarətçilər

www.technogym.com vebsaytının e-ticarət bölməsinin aktiv olduğu xarici ölkələrdə, məhsulların satışı və xidməti ilə bağlı Technogym yerli filialları və/və ya yerli distribütorları texniki məsələlərin həlli ilə bağlı müştərilərə dəstək göstərilməsinə görə məsuliyyət daşıyırlar. Yerli distribütorlar və filiallar satış və xidmət müraciətləri kontekstində təqdim edilən məlumatlar, eləcə də satış müqaviləsinin idarə edilməsi və əlaqəli marketinq fəaliyyətləri üçün toplanmış məlumatlar ilə bağlı Technogym ilə birgə nəzarətçi kimi çıxış edəcəklər.

Məlumatların Qorunması üzrə Əlaqələndirici Şəxs (DPO)

Technogym Məlumatların Qorunması üzrə Əlaqələndirici Şəxs (DPO) təyin edib. Bu şəxslə dpo@technogym.com vasitəsilə əlaqə saxlamaq olar.
Hüquqlarınızla tanış olmaq üçün aşağıda "Məlumat Subyektinin Hüquqları" bölməsinə daxil ola bilərsiniz.

2. BU SİYASƏT NƏ VAXT TƏTBİQ OLUNUR?

Technogym aşağıdakı Platformalardan istifadə ilə bağlı şəxsi məlumatları toplayır və emal edir:
  • Technogym vebsaytı technogym.com; və
  • Müvafiq İstifadə Qaydaları və Şərtləri ilə tənzimlənən Technogym mobil proqramları (məsələn, MyWellness Tətbiqi, Technogym Tətbiqi, MyRun Tətbiqi, Mycycling Tətbiqi, Skillathletic Tətbiqi və s.), mywellness.com veb-saytı və İnternetə qoşulmuş Technogym təlim avadanlığı vasitəsilə təqdim olunan təlim xidmətləri üçün rəqəmsal ekosistem.
Technogym bəzi ölkələrdə zənglər vasitəsilə məlumat toplaya və sizin razılığınız ilə bizim heyətimizlə olan zənglərinizi qeydə ala bilər.Müəyyən şərtlər altında məlumatlarınız xüsusi veb formalar (məsələn, sosial şəbəkələr vasitəsilə xüsusi fəaliyyətə qoşulmusunuzsa və ya tədbir üçün onlayn qeydiyyatdan keçmisinizsə ) və ya vizit kartızı paylaşmağa qərar verdiyiniz zaman kağız üzərində olan vasitələrlə toplanılır. Platformadan istifadə edən fitnes zalında məşq edirsiniz və Xidmətdən qeydiyyatından keçməmisinizBu Siyasət fərdi məlumatlarınızın Platformanın xüsusiyyətlərindən istifadə etməklə xidmətlər təklif edən fitnes zalı, hotel, şirkətinizin fitnes zalı və ya digər obyekt (bundan sonra "Müəssisə" adlanacaq") kimi üçüncü şəxslər tərəfindən işlənməsinə şamil edilmir. Belə hallarda siz Technogym-in peşəkar platforması vasitəsilə xidmət göstərən Müəssisələrlə birbaşa əlaqədə olursunuz və xidməti təmin edən tərəf məlumatı emal edir. Belə hallarda, Müəssisə tərəfindən təqdim edilən Məxfilik Siyasəti ilə tanış olmağınızı xahiş edirik.Platformadan istifadə edən Müəssisədə məşq edirsiniz və sizin Technogym Hesabınız var ("Birgə Müəssisə")Technogym hesabında qeydiyyatdan keçmisinizsə və müəssisəniz tərəfindən toplanmış və emal olunmuş məlumatı birləşdirmək qərarına gəlmisinizsə, Technogym müstəqil nəzarətçi kimi məlumatları emal etməyə başlayacaq və buna görə də bu məxfilik siyasətinin məzmunu məşq etdiyiniz müəssiəsinin (və ya Müəssisələrin) məxfilik siyasətindən əlavə tətbiq olunacaqdır. Yalnız razılığınızı verdiyiniz halda "Birgə Müəssisə" xüsusiyyətlərinə qoşula bilərsiniz. Qoşulduğunuz müəssisələrlə bağlı məlumat Technogym Hesabınızın müştəri hissəsindəki "Tənzimləmələr" bölməsindədir.VACİB QEYD: elektron ödəniş (kredit/debit kartı, Apple Pay, PayPal və ya oxşar vasitələr) edərkən ödəniş detalları haqqında məlumat vermək üçün səlahiyyətli ödəniş əməliyyatçısının/ödənişi həyata keçirən müəssisənin təhlükəsiz vebsaytına yönləndiriləcəksiniz. Bizim yalnız etibarlı, lisenziyalı ödəniş əməliyyatçıları və ödəniş müəssisələri ilə əməkdaşlıq etməyimizə baxmayaraq biz ödənişlə əlaqədar məlumatların emalı ilə bağlı heç bir nümayəndəlik etmirik və ya zəmanət vermirik. Zəhmət olmasa, məlumatlarınızı verməzdən əvvəl onların xidmət və məxfilik siyasəti ilə bağlı şərtlərini oxuyun və razılaşın. İstənilən halda biz ödəniş əməliyatçısı və ya ödəniş müəssisəsi tərəfindən məlumatlarınız emal olunanda yarana biləcək pozuntu, itki, məhv, icazəsiz başqa tərəfə açıqlama və buna bənzər hallara görə məsuliyyət daşımırıq.

3. NƏ ÜÇÜN BİZ SİZİN ŞƏXSİ MƏLUMATLARINIZI EMAL EDİRİK, MƏLUMATLARIN EMAL OLUNMASININ HÜQUQİ ƏSASLARI NƏDİR VƏ HANSI ŞƏXSİ MƏLUMATLARI TOPLAYIRIQ?

Platformamıza daxil olarkən mümkün fəaliyyətlərə aşağıdakılar daxildir: (i) www.technogym.com saytında:
FəaliyyətinizMəqsədlərToplanmış məlumatHüquqi əsaslar
Xəbər bülleteni xidmətlərimizə abunə olmaq üçün müraciət etməkSizin seçimlərinizin və maraqlarınızın təhlili əsasında məhsulların və xidmətlərin təşviqi məqsədilə sizə uyğun marketinq kontenti göndərmək üçün məlumatları toplayırıq.-Şəxsi məlumatlar (ad, soyad)- E-poçtİstifadəçinin xüsusi marketinq kontenti almaqla bağlı müraciətinin yerinə yetirilməsi (‘Fərdi məlumatlar haqqında’ Azərbaycan Respublikasının Qanununun 9. maddəsinə əsasən)
www.technogym.com saytında formanı doldurmaqMüvafiq formanın doldurulması və ya bizimlə qarşılıqlı əlaqəniz zamanı bizdən tələb etdiyiniz məlumat və ya dəstəyi sizə təqdim etmək üçün məlumatları toplayırıq.-Şəxsi məlumatlar (ad, soyad) -E-poçt və/və ya telefon nömrəniz-MüraciətinizMüqavilədən əvvəl və ya müqavilə əsasında tələb olunan məlumatı almaq üçün istifadəçi sorğusunun icrası (‘Fərdi məlumatlar haqqında’ Azərbaycan Respublikasının Qanununun 9. maddəsinə əsasən) 
Elektron ticarət səhifəsində sifarişin rəsmiləşdirilməsi formasının doldurulmasıMəhsullarımızın və xidmətlərimizin onlayn alışı və satışı məqsədilə məlumatları toplayırıq.-Şəxsi məlumatlar (ad, familiya) -E-poçt və/və ya telefon nömrəsi-Ünvan-Qeydlər-Səbətdəki məhsul və xidmətlər-Qiymət və ödəmə metoduMüqavilədən əvvəl və ya müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi (‘Fərdi məlumatlar haqqında’ Azərbaycan Respublikasının Qanununun 9. maddəsinə əsasən)
Technogym Hesabının yaradılmasıTechnogym Hesabınızı yaratmaq üçün sizin məlumatlarınızı toplayırıq;  www.technogym.com səhifəsinə daxil olmaq və fərdiləşdirilmiş məşq üçün Technogym rəqəmsal ekosisteminin Xidmətlərini əldə etmək məqsədilə Technogym Hesabından istifadə edə bilərsiniz (hesabınız yenilənməlidir); Technogym Hesabında toplanan bütün məlumatlar sizə fərdiləşdirilmiş məşq proqramı vermək və sizin razılığınızla fərdiləşdirilmiş marketinq xidməti göstərmək üçün emal olunacaq.Ad, soyad, e-poçt və ya telefon nömrəsiXüsusi Technogym xidmətlərindən istifadə üçün Technogym hesabını qeydiyyatdan keçirməklə bağlı istifadəçinin müraciətinin icra olunması (‘Fərdi məlumatlar haqqında’ Azərbaycan Respublikasının Qanununun 9. maddəsinə əsasən)
Xidmətlərimizdən istifadə ilə bağlı müraciətinizXidmətdən istifadə müddətində sizin tərəfinizdən müraciət edilmiş fəaliyyətləri həyata keçirmək, habelə Technogym məhsul və xidmətlərinin satışı ilə bağlı müqavilə öhdəliklərini yerinə yetirmək, onları çatdırmaq, Technogym məhsullarına texniki xidmət göstərmək, sizin tərəfinizdən olan sorğu, yazışma, narahatlıq və ya şikayətlərı cavablandırmaq məqsədilə şəxsi məlumatlarınızı toplayırıq.Şəxsi və əlaqə məlumatları, Coğrafi məkanla bağlı məlumatlar əməliyyatlarla (məsələn, ödəniş məlumatı, hesab və autentifikasiya məlumatları və faktura, çatdırılma və əlaqə məlumatları) haqqında məlumatMüqavilə öhdəliklərinin yerinə yetiirlməsi (‘Fərdi məlumatlar haqqında’ Azərbaycan Respublikasının Qanununun 9. maddəsinə əsasən)
(ii) Fərdiləşdirilmiş məşq üçün Technogym rəqəmsal ekosistemi:
FəaliyyətinizMəqsədlərToplanmış məlumatHüquqi əsaslar
Technogym Hesabı yaratmaq və ya yeniləməkTechnogym Hesabını yaratmaq və ya yeniləmək üçün sizin məlumatları toplayırıq;  www.technogym.com  səhifəsinə daxil olmaq və fərdiləşdirilmiş məşq üçün Technogym rəqəmsal ekosisteminin Xidmətlərini əldə etmək məqsədilə Technogym Hesabından istifadə edə bilərsiniz ; Technogym Hesabında toplanan bütün məlumatlar sizə fərdiləşdirilmiş məşq proqramı vermək və sizin razılığınızla fərdiləşdirilmiş marketinq xidməti göstərmək üçün emal olunacaq.Ad, soyad, e-poçt, doğum tarixi, cins, çəki və boy
16 yaşından kiçik uşaqlar üçün validen nəzarəti məqsədilə valideyn və ya qəyyumun emal ünvanını götürürük.
Xüsusi Technogym Xidmətlərindən istifadə üçün Technogym Hesabını qeydiyyatdan keçirmək və yeniləməklə bağlı istifadəçinin müraciətinin icra olunması (‘Fərdi məlumatlar haqqında’ Azərbaycan Respublikasının Qanununun 9. maddəsinə əsasən)
Sizin bizim xidmətdən istifadə ilə bağlı müraciətinizXidmətdən istifadə müddətində sizin tərəfinizdən müraciət edilmiş fəaliyyətləri həyata keçirmək, habelə Technogym məhsul, məzmun və xidmətlərinin satışı ilə bağlı müqavilə öhdəliklərini yerinə yetirmək, onları çatdırmaq, Technogym məhsullarına texniki xidmət göstərmək, sizin tərəfinizdən olan sorğu, yazışma, narahatlıq və ya şikayətləri cavablandırmaq məqsədilə şəxsi məlumatlarınızı toplayırıq.Şəxsi və əlaqə məlumatları,coğrafi məkan haqqında məlumat Cihazınızın tənzimləmələri bölməsindən icazə verdiyiniz halda qoşulmuş taxıla bilən cihazlardan toplanan məlumatXidmətlərdən necə istifadə etdiyiniz, yəni icra etdiyiniz məşq proqramları, baxdığınız kontentlər, istifadə etdiyiniz xüsusiyyətlər, həyata keçirdiyiniz fəaliyyətlər, məşqlərinizin vaxtı, tezliyi və müddəti kimi məlumatlar. Məsələn, biz siz avadanlıqdan istifadə etdiyinizi, axırıncı dəfə nə vaxt istifadə etdiyinizə və ya hansı kontentlərə girdiyinizə baxırıq.Mobil cihazınızdan toplanan məlumata daxildir:Cihazın xüsusiyyətləri: əməliyyat sistemi, aparat və proqram təminatının versiyaları, batareya səviyyəsi, siqnalın gücü, yaddaşda boş yer, brauzerin növü, tətdiq, faylların adı və növü, pluqin haqqında məlumat.Cihaz əməliyyatları: cihazdan istifadə edərkən  pəncərənin ön və ya arxa planda olması, siçanın hərəkəti (bu insanı botlardan fərqləndirməyə kömək edir) kimi əməliyyatlar və  davranışlar haqqında məlumat.İdentifikatorlar: unikal identifikatorlar, cihazının ID-si və ya oyunlar, tətbiqlər və ya istifadə etdiyiniz digər hesablar kimi digər identifikatorlar və Ailə Cihazının ID-ləri (və ya eyni cihaz və ya hesabla əlaqədar digər identifikatorlar).Cihaz siqnalları: bluetooth siqnalı, yaxınlıqdakı Wi-Fi qoşulma nöqtələri, mayakları və mobil telefon dirəkləri haqqında məlumatCihazın tənzimləmələrindən götürülən məlumat: cihaz tənzimləmələri vasitəsilə GPS məkan, kamera və şəkil kimi açıq qoyaraq almağımıza icazə verdiyiniz məlumatlar;Şəbəkə və qoşulma: mobil operatorunuzun və ya internet provayderin adı, dil, vaxt zonası, mobil telefon nömrəsi, IP ünvanı, qoşulma sürəti və bəzi hallarda yaxınlıqda yerləşən və ya şəbəkənizdə olan digər cihazlar haqqında məlumat. Bununla biz sizə telefonunuzdakı videonun televizorunuzda yayımlanmasına kömək edə bilərik.Əməliyyatlar (ödəniş məlumatı, hesab və autentifikasiya məlumatları, faktura, çatdırılma və əlaqə məlumatları) haqqında məlumat
Müqavilə öhdəliklərinin icrası (‘Fərdi məlumatlar haqqında’ Azərbaycan Respublikasının Qanununun 9. maddəsinə əsasən)
Xidmətimizdən istifadə ilə bağlı müraciətBiz, məşq proqramları və sizin məşq nəticələrinizlə bağlı tablonu çatdırmaq üçün müəyyən kateqoriya məlumatları emal edirik.Boy, çəki və bədən quruluşu kimi birbaşa sizin vasitənizlə və ya qoşulmuş tərəzi və ya digər taxıla bilən cihazlar vasitəsilə toplanmış sağlığınızla əlaqəli məlumat,Ürək döyüntüsü monitorları və kalori yandırılması hesablayıcıları daxil olmaqla avadanlıqlarımızın sensoru vasitəsilə toplanılan məlumatlarMüqavilə tələbinizi yerinə yetirmək üçün qeyd olunan xüsusi məlumat kateqoriyalarının emalı zəruri olsa belə, Qanuna uyğun olaraq, belə məlumatların emalı üçün hüquqi əsas razılıqdır (‘Fərdi məlumatlar haqqında’ Azərbaycan Respublikasının Qanununun 8. maddəsinə əsasən)
Xidmətimizdən - fərdiləşdirilmiş təlim proqramlarından istifadə ilə bağlı müraciətSizin xüsusiyyətlərinizə, məqsədlərinizə və məşq nəaliyyətlərinizə uyğun olaraq xüsusi təlim proqramları ilə fərdiləşdirilmiş təlim təcrübəsi təmin etmək məqsədilə biz profilləşdirmə və məlumatın mənimsənilməsi ilə şəxsi məlumatları toplayırıq.(Daha ətraflı məlumat üçün Profilləşdirmə bölməsinə baxın)Birbaşa sizin və ya Technogym avadanlığının sensorları və ya qoşulmuş tərəzilər vasitəsilə çəki, boy və digər bədən göstəriciləri kimi fiziki xüsusiyyətlə haqqında məlumatlar;sizin tərəfinizdən və ya bizim Platformamız vasitəsilə  (vaxt, müddət, məsafə, yer, kalorinin sayı, addımların sayı)  verilən məşq performansınız haqqında məlumatevdə və fitnes zalında istifadə etdiyiniz idman avadanlığının növü; adətən istifadə olunan fitnes avadanlığının növü;məqsədlər və maraqlar haqqında sorğu və suallar;Müqavilə öhdəliklərinin icrası (‘Fərdi məlumatlar haqqında’ Azərbaycan Respublikasının Qanununun 9. maddəsinə əsasən)
Sağlamlıq üzrə sosial və ictimai fəaliyyətlərə qoşulmaqBiz (i) dostlarınızla əlaqə saxlamaq və  məşq performanızı və nəticələrinizi onlarla paylaşmaq üçün dostlarınızın konktlarına; (ii) məşq fitnes proqramını hazırlamaq üçün təqviminizə; (iii) Platformamızın kontentini sosial şəbəkələrdə çap etmək üçün sosial şəbəkələrinizə; (iv)Technogym məşq avadanlıqları ilə təchiz olunmuş sizə yaxın olan məkanı təklif etmək üçün geolokasiyanıza daxil ola bilərik. fotolar, audio, əlaqələr və təqvim məlumatları,sosial şəbəkə məlumatları, o cümlədən etimadnamələr və tətbiqlərimizdəki ictimai yazılarınızdan hər hansı məlumat Cəmiyyətə riayət etməyə razılıq vermək (‘Fərdi məlumatlar haqqında’ Azərbaycan Respublikasının Qanununun 8. maddəsinə əsasən)
Technogym tətbiqlərini (yəni MywellnessApp, MyRun App və s.) yükləməkYüklədiyiniz tətbiqə daxil olan xüsusi xüsusiyyətləri sizə çatdırmaq üçün şəxsi məlumatlarınızı emal edəcəyik. Tətbiq tərəfindən toplanan məlumatlar Technogym Hesabınızdakı profilinizi zənginləşdirəcək. Toplanmış eyni məlumat və xidmətin göstərilməsi prosesi (daha çox məlumat üçün Xidmətimizdən istifadə ilə bağlı müraciət bölməsinə baxın)Müqavilə öhdəliklərinin icrası (‘Fərdi məlumatlar haqqında’ Azərbaycan Respublikasının Qanununun 9. maddəsinə əsasən)
Marketinq profili fəaliyyətləri üçün qeydiyyatdan keçməkSizin seçimlərin və maraqların ("Marketinq profili) təhlili əsasında fərqiləşdirilmiş marketinq kommunikasiyalarının göndərilməsi üçün müqavilə müddətində toplanılmış şəxsi məlumatları emal edirik (daha ətraflı məlumat üçün Profilləşdirmə bölməsinə baxın)Xüsusi kateqoriyalı məlumat (yəni sağlamlıq haqqında olan məlumat) və yetkinlik yaşına çatmayanlar haqqında məlumat istisna olmaqla Technogym Hesabında toplanan bütün məlumatlarMarketinq profilləşdirməsi kommunikasiyaları almaq üçün razılıq (‘Fərdi məlumatlar haqqında’ Azərbaycan Respublikasının Qanununun 8. maddəsinə əsasən)
Toplanmış məlumatın təhlili və statistikası(i) Fəaliyyətlərimizlə bağlı və əlaqədar məcmu statistika və təhlillərin hazırlanması və məhsulların və xidmətlərin yaxşılaşdırılması; (ii) araşdırma və inkişaf; müştəri xidmətinin keyfiyyətinə zəmanət üçün anonim məlumat toplusu hazırması; (iii) fəaliyyətlərimizi idarə etmək və daxildə nəzarətin həyat keçirməsi; (iv) məlumatın itirilməsi və/vəya məhv olması və yaxud icazəsiz girişin idarə edilməsi; (v) insanların Xidmətdən necə istifadə etməsi haqqında faydalı məlumat əldə etmək üçün istifadə olunan cihazlar haqqında anonim məlumatın toplanması və emal edilməsi məqsədilə şəxsi məlumatları emal edirik. Technogym hesabında toplanan bütün məlumatlarNəzarətçinin qanuni maraqlarının həyata keçirilməsi (‘Fərdi məlumatlar haqqında’ Azərbaycan Respublikasının Qanununun 9. maddəsinə əsasən)
Yumşaq spamQanuni maraqlarımızın bir hissəsi kimi  keçmişdə bizdən aldığınıza oxşar məhsul və xidmətlərimiz haqqında e-poçt vasitəsilə təşviqat materialları göndərə bilərik. İstənilən vaxt belə kommunikasiyalarda olan müvafiq linkə keçid etməklə bu kommukikasiyaları almaqla bağlı abunəliyinizi dayandıra bilərsiniz.Technogym-dən alışınız zamanı e-poçt və bütün məlumatlar 
Hakimiyyət orqanları tərəfində verilmiş qanun və/və ya qərarlarMühasibatlıq və vergi öhdəlikləri, məhsula verilən zamanətlə bağlı dövlət orqanlarının verdiyi tətbiq olunan qanun və qaydalardan irəli gələn istənilən öhdəliyi yerinə yetirmək üçün şəxsi məlumatları emal edirik.Technogym Hesabında toplanan bütün məlumatlarHüquqi öhdəliklərin yerinə yetirilməsi (‘Fərdi məlumatlar haqqında’ Azərbaycan Respublikasının Qanununun 9. maddəsinə əsasən)
Bizim Platformamıza daxil olduqda müəyyən məlumatlar cihaz və ya brauzerinizdən avtomotik olaraq toplanılır. Bununla bağlı daha geniş məlumatı Kuki Siyasəti ilə tanış olaraq əldə edə bilərsinizş Yuxarıda qeyd olunan məlumatlara cihazın ID-si, zəng statusu, şəbəkəyə giriş, yaddaş haqqında məlumat və batareya səviyyəsi haqqında məlumat; kukilər, IP ünvanları, brauzeri və istifadə olunan versiyanı müəyyən edən məlumat, veb mayaklar, təqlər, Platformalara giriş və s. Daxildir.ProfilləşdirməSizin tərəfinizdən təmin olunan məlumat, Xidmət əsnasında toplanılan məlumat, o cümlədən Xidmət və ya Platformadan istifadə zamanı əldə olunan məlumat sizin hazırkı və gələcək seçim və maraqlarınızı müəyyən etməyə imkan verir. Əldə olunmuş məlumat aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:(a) Fərdiləşdirilmiş məşq proqramı ilə təmin etmək: təlim və fiziki sağlamlıq ehtiyaclarınıza uyğun olaraq fərdiləşdirilmiş təlim proqramı təqdim etmək üçün şəxsi aspektlərinizin (məsələn, fiziki struktur, platforma vasitəsilə toplanılan təlim məlumatları, əldə edilmiş təlim məqsədləri və s.) bəzilərini qiymətləndirir və təhlil edirik. Fərdiləşdirilmiş təlim proqramları yaratmaq məqsədilə Technogym zaman-zaman məlumatları toplayır və təhlil edir, sizin maraq və ehtiyaclarınızı qarşılamaq üçün təlim proqramları təklif edir. Bütün toplanmış məlumatların avtomatik təhlili vasitəsilə əvvəldən müəyyən edilmiş meyarlar əsasında sizə ən uyğun məşqin müəyyən edilməsi ilə təlim proqramları yaradılır. Fərdiləşdirilmiş məşq proqramının müəyyən edilməsində nəzərə alınan əsas meyarlar aşağıdakılardır:(i) Yaş və cins (yaş və cins gərgin məşqlərin qarşısını almaqla ən uyğun məşqi müəyyən edir)(ii) Fiziki forma və icra olunan fiziki fəaliyyətlər və onların aralığı (sizin yaxşı formada olduğunuzu qiymətləndirmək və həddindən artıq ağır məşqlərin yaradılmasının qarşısını almaq üçün imkan verən məlumat). Məsələn, həftədə bir dəfə məşq edən 50 yaşlı qadın həftədə üç dəfə qaçan 50 yaşlı qadından fərqlidir.(iii) Hobbi və maraqlar (yəni, rəqs etməyi sevirsinizsə rəqs dünyasından ilhamlanan proqramlar təklif oluna bilər)(iv) Təlim zamanı əldə olunan nəticələr, performansınızın təhlili, o cümlədən geridönüş zaman-zaman sizin irəliləyişinizə uyğun olan proqram təklif etmək üçün faydalı ola bilər. Beləliklə, bu bizə sizin verdiyiniz nəticələrə nail olmağa və müxtəlif proqramlar təklif etməyə imkanı verir.Fərdiləşdirilmiş təlim proqramı almaq üçün Xidmətə abunə olduqda biz məlumatın emal olunmasını üçün razılıq istəmirik, çünki bu, müraciət etdiyiniz Xidmətin həyata keçirilməsi üçün zəruridir. Technogym fərdiləşdirilmiş təlim üçün rəqəmsal ekosistemi xüsusi xidmətdir və buna görə də təmin edilmiş və ya digər formada əldə edilmiş məlumatın təhlili olmadan Technogym sizi təlim proqramı ilə təmin edə bilməz, çünki məlumatın bu formada emalı yalnız təklif olunan Xidmətə məxsusdur. Buna görə də bu bölmədə göstərilən məqsədlər üçün məlumatın profilləşdirilməsində maraqlı deyilsinizsə və ya istəmirsinizsə Technogym rəqəmsal ekosistemindən fərdiləşdirilmiş məşq proqramı üçün istifadə edə bilməzsiniz. Buna baxmayaraq, siz Technogym hesabınıza daxil olmaq və araşdırmaq üçün www.technogym.com vebsaytına daxil ola bilərsiniz.(b) Fərdiləşdirilmiş marketinq kommunikasiyaları ilə təmin etmək: Xidmətdən istifadə və/və ya Platformaya daxil olma və yaxud sizin tərəfinizdən təmin olunan məlumat sizin seçim və davranışınıza uyğun olaraq fərdiləşdirilmiş marketinq fəaliyyətləri (marketinq araşdırması, profilləşdirilmiş kommersiya kommunikasiyaları və s.) üçün seçim və maraqlarınızı araşdırmaq və qiymətləndirmək məqsədilə təhlil oluna bilər. Təklif və təşviqatları, təşəbbüs və tədbirlərı təqdim etmək və maraqlarınıza uyğun sorğu və yarışlarda iştirak etməyə imkan vermək məqsədilə biz son 7 (yeddi) ildə sizin haqqınızda topladığımız və ya sizin tərəfinizdən təmin edilmiş məlumatı təhlil edirik. Bu məlumat sizin bizimlə axırıncı əlaqənizdən (yəni, bizim axırıncı e-poçtumuzu oxuma tarixi, axırıncı dəfə avadanlığa daxil olma tarixi və s.) sonra geriyə doğru hesablanır. Bununla da biz sizin üçün maraqlı olmayan kommunikasiyanın göndərilməsinin qarşısını alırıq. Ümumiyyətlə, xüsusi proqramın yaradılması üçün istifadə olunan əsas göstəricilər aşağıdakılardır:
  • Cins və yaş
  • Maraqlar və hobbilər
  • Platformalarımızdan istifadə və seçimlərinizin təhlili
Bu fəaliyyət sizin tərəfinizdən razılığın verilməsini tələb edir və siz bu razılığı Platforma vasitəsilə sərbəst şəkildə ifadə edə bilərsiniz. Bu razılıq Məlumat Subyektlərinin Hüquqları bölməsində göstərilən xüsusiyyətlər vasitəsilə istənilən vaxt ləğv edilə bilər.

4. MƏLUMATLARIN TƏQDİM EDİLMƏSİNİN XARAKTERİ NƏDİR VƏ HƏR HANSI İMTİNANIN NƏTİCƏLƏRİ HANSILARDIR?

Müqavilədən əvvəlki və ya müqavilə üzrə öhdəliklərin icrası üçün tələb olunan şəxsi məlumatların açıqlanması sizin müraciətinizi həyata keçirmək üçün zəruridir və müraciət olunan məlumatı tam və ya qismən açıqlanmasından imtina Technogym tərəfindən Xidmətin göstərilməsini qeyri-mümkün edir. Bundan əlavə, fərdiləşdirilmiş təlim proqramı üçün Technogym rəqəmsal ekosisteminin xidmətinə müraciət etdikdə şəxsi məlumatların müəyyən kateqoriyasının toplanması üçün razılıq vermək hüququnuz var. Siz istənilən vaxt razılığınızı ləğv edə bilərsiniz. Razılıq verməmək və ya razılığın ləğvi fərdiləşdirilmiş təlim üçün Technogym rəqəmsal ekosistemindəki təlim xidmətlərindən istifadənizi dayandıracaq. Siz Technogym Hesabından digər Xidmətlər üçün daha dəqiq desək www.technogym.com vebsyatında istifadə etmək üçün davam edə bilərsiniz. Nəhayət, yuxarıda göstərilən marketinq profili məqsədləri üçün razılığınızı sərbəst şəkildə ifadə etmək hüququnuz var və bu, istənilən vaxt ləğv edilə bilər.Razılığın verilməməsi və ya razılığın hər hansı sonrakı ləğvi heç bir halda yuxarıda göstərilən hər hansı digər məqsədlərin həyata keçirilməsinə və Xidmətdən istifadənizə xələl gətirməyəcəkdir.

5. SİZİN ŞƏXSİ MƏLUMATLARINIZ KİMƏ AÇIQLANA BİLƏR?

Vəziyyətdən asılı olaraq sizin məlumatlarınız üçüncü şəxslərə açıqlana bilər. Xüsusilə, müraciət etdiyiniz müəyyən xidmətdən asılı olaraq, sizin məlumatlarınız aşağıdakılara açıqlana bilər:
  • Məşq etdiyiniz müəssisə sizin istədiyiniz halda və istədiyiniz dərəcədə məlumatlarınızı müstəqil nəzarətçi kimi emal edir. Siz Technogym Hesabınızın "Tənzimləmələr" hissəsində "Müəssisələrim" bölməsindən istifadə edərək seçimlərinizi idarə edə bilərsiniz. Bu nəzarətçilər tərəfindən məlumat emalı haqqında daha geniş məlumat əldə etmək üçün məxfilik siyasətinə baxın.
  • Məhsul və məlumatlarını sizə birbaşa təklif edən, Xidmətə birbaşa qoşulmanıza imkan verən (məsələn, məşqinizi izləmək üçün taxılan cihazdan istifadə edirsinizsə və ya cihazınızı bu hesaba birləşdirirsinizsə və ya məşq sessiyalarınızı Facebook və ya digər üçüncü şəxslərin tətbiqində paylaşırsınızsa) üçüncü tərəflər. Belə nəzarətçilər tərəfindən məlumatın emal olunması haqqında daha gemiş məlumat əldə etmək üçün onların Məxfilik Siyasətinə baxın.
  • Sizin Wellness İcmanız, yəni məşq nəticələrinizi paylaşmaq istədiyiniz insanlar (məsələn, hər hansı yarışda iştirak etdikdə və ya dərsi rezerv etdikdə);
    Technogym-in marketinq fəaliyyətlərində bizə yerli dəstək verən və məhsul və/və ya xidmət məsələləri ilə bağlı hər hansı sorğunuz üçün sizə yerli olaraq dəstək ola bilən törəmə şirkətləri və ya distribyutorları;
  • Technogym-ə dəstək və/və ya xidmət göstərən subyekt, şirkət və ya agentliklər (məsələn, IT xidmətləri, marketinq xidmətləri və təhlil və konsaltinq fəaliyyətləri) məlumatı emal edən qismində Technogym adından şəxsi məlumatları emal edəcəklər;
  • Hazırkı qanunvericiliyə əsasən məlumatları bilməsi tələb olunan digər tərəflər. Belə hallarda, Technogym mütənasiblilik və minimal emal etmə prinsipinə müvafiq olaraq yalnızca zəruri olan məlumatı çatdıracaq.

6. MƏLUMATIN BEYNƏLXALQ ÖTÜRÜLMƏSİ NƏDİR?

Məlumatlarınız Azərbaycan Respublikasının hüdudlarından kənara ötürülərkən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1. maddəsinin tələblərinə uyğun olaraq bu Qanunla müəyyən olunan tələblərə riayət edilməklə və bu maddənin müəyyən etdiyi xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilir.

7. ŞƏXSİ MƏLUMATLARINIZI HANSI MÜDDƏTƏ SAXLAYIRIQ?

Şəxsi məlumatlarınız Xidmətdən və Technogym Hesabından istifadə etdiyiniz müddət ərzində emal olunur. Technogym Hesabınızı ləğv etdiyiniz halda belə, biz üzv olduğunuz müəssisə adından məlumatı emal edən qismində şəxsi məlumatları emal etməyə davam edə bilərik. Məlumatın saxlanma müddət ilə bağlı Müəssisədən məlumat almalısınız. Technogym Hesabınız ardıcıl 5 il müddətinə istifadə edilmədikdə Technogym rübdə iki dəfə məlumatları daşıma hüququ (əlavə məlumat üçün "Məlumat Subyektlərinin Hüquqları" bölməsinə baxın) haqqında xatırlatma göndərəcək. Cavab vermədiyiniz halda Technogym tərəfindən göndərilmiş ikinci xatırlatmanın müddəti bitdikdən sonra fərdiləşdirilmiş təlim üçün Technogym rəqəmsal ekosistemi Xidmətində istifadə olunan məlumat anonimləşdiriləcək. Nəzərə almağınızı xahiş edirik ki, qanunla müəyyən edilmiş məhdudiyyət müddətinə uyğun olaraq sizin satınalmalarınızla bağlı məlumat zəmanət müddəti bitəndən sonra 10 il ərzində saxlanılacaq. Seriya nömrəsi olan avadanlıqların satınalması ilə bağlı bu müddət uzadıla bilər. Technogym müəyyən avadanlıq bazara çıxarıldığı tarixdən sonra 10 il müddətinə zəmanətlə bağlı hüquqi öhdəlik bitdikdən sonra belə avadanlığın təhlükəsizliyini davamlı şəkildə təmin etmək məqsədilə avadanlığın satışı və təhvil verilməsi ilə bağlı məlumatı saxlayır.İstənilən zaman Technogym Hesabınızın ləğv olunmasını tələb edə bilərsiniz. Bununla belə, hesabınız dərhal silinsə də, hesabınız vasitəsilə toplanan və satınalmalarınız və/və ya Xidmətimizdən istifadənizlə bağlı məlumatlar qanunla nəzərdə tutulmuş tətbiq olunan məhdudiyyət müddətinə uyğun olaraq 10 il ərzində saxlanılacaq. Anonimləşdirmə halında, məlumatları bərpa etmək artıq mümkün olmayacaq.Xahiş edirik unutmayın ki, şəxsi məlumatlarınızı Müəssisə ilə bölüşmək qərarına gəlmisinizsə, Technogym Hesabınızın ləğvi məlumatlarınızın həmin Müəssisə üçün əlçatmaz olması demək deyil. Məlumatları tamamilə silmək üçün siz Obyektlə əlaqə saxlamalı və onun məxfilik siyasətindəki təlimatlara əməl etməlisiniz. Bundan əlavə, razılıq verdiyiniz halda əvvəlki razılığınızı ləğv edənədək marketinq profilləşdirməsi məqsədilə şəxsi məlumatlarınız emal olunacaq:
  • Technogym Hesabınızın Profil Tənzimləmələri hissəsində; və ya
  • alınmış hər bir e-poçtun aşağı hissəsində "abunədən çıx” linkini klikləməklə; və ya
  • aşağıdakı 9-cu bölmədə (“Məlumat subyektinin hüquqları”) göstərilən əlaqələrimizə sorğu göndərməklə.

8. 16 YAŞINA ÇATMAMIŞ YETKİNLİK YAŞINA ÇATMAYANLAR TƏRƏFİNDƏN XİDMƏTDƏN İSTİFADƏ

16 yaşından kiçik uşaqlar (“Yetkinlik yaşına çatmayanlar”) yalnız valideynlərinin icazəsi ilə fərdi fərdiləşdirilmiş məşqlər üçün Technogym rəqəmsal ekosistemi ilə əlaqəli Technogym Hesabını Mywellness App tətbiqinə və ya www.mywellness.com vebsaytına daxil olmaqla yarada bilər. İstənilən halda yetkinlik yaşına çatmayan şəxslərin şəxsi məlumatlarını marketinq məqsədilə istifadə edilmir.

9. MƏLUMAT SUBYEKTİNİN HÜQUQLARI VƏ ONLARDAN NECƏ İSTİFADƏ EDƏ BİLƏRSİNİZ.

Hansı şəxsi məlumatlarınızın emal olunduğunu bilmək sizin hüququnuzdur. Eləcə də, sizin məlumata giriş, məlumatı düzəltmək və silmək, məlumatın daşınması, məlumatın emalının məhdudlaşdırılması və müəyyən hallarla qarşılaşdığınız halda məlumatın emalına etiraz etmək hüququnuz var. Məlumat marketinq məqsədilə və ya bizim hüququ maraqlarımız əsasında emal olunursa, sizin istənilən an etiraz etmək hüququnuz var. Şəxsi məlumatlarınızın emalı və ya hüquqlarınızdan istifadə haqqında daha çox məlumat əldə etmək istəyirsinizsə dpo@technogym.com e-poçta və ya Məlumatların Qorunması üzrə Əlaqələndirici Şəxs Technogym S.p.A., Via Calcinaro 2861, 47521 Cesena (FC), Italy ünvanına məktub göndərə bilərsiniz. Aşağıda şəxsi məlumatların emalı ilə bağlı hüquqlar haqqında qısa məlumat verilmişdir.
  • Giriş hüququ sizə Technogym-in şəxsi məlumatlarınızı emal edib-etməməsinin təsdiqini əldə etməyə və zəruri hallarda həmin məlumatlara və müvafiq məlumatlara daxil olmaq imkanı verir;
  • Düzəliş hüququ əsassız gecikdirmə olmadan düzgün olmayan şəxsi məlumatların dəyişdirilməsi və məlumatın emalı məqsədini nəzərə alaraq natamam məlumatın tamamlanmasına imkan verir.
  • Silmək hüququ qanunla müəyyən olunmuş hallar istisna olmaqla (nəzarətçiyə tətbiq olunan hüquqi öhdəlikləri yerinə yetirmək məqsədilə məlumatın saxlanılması zəruri olduqda) səbəbsiz gecikmə olmadan məlumatın silinməsinə nail olmağınıza xidmət edir (şəxsi məlumatınızın toplanma məqsədinə üçün artıq tələb olunmayanda).
  • Məlumatların daşınması hüququ sizə Technogym-ə verilən şəxsi məlumatlarınızı müvafiq qanunlarla nəzərdə tutulmuş müəyyən hallarda avtomatlaşdırılmış cihazdan strukturlaşdırılmış, ümumi istifadə olunan, oxunaqlı formatda almağa imkan verir. Başqalarının hüquq və azadlıqlarına xələl gətirə bilmədikdə, siz bu məlumatları müvafiq qanunların icazə verdiyi halda başqa nəzarətçiyə göndərə bilərsiniz; müəyyən xidmətlər üçün biz öz hesabınızda tapa biləcəyiniz avtomatlaşdırılmış daşınma sistemlərini quraşdırmışıq.
  • Məlumatların emalını məhdudlaşdırmaq hüququ tətbiq olunan qanunlarla müəyyən olunan hallarda şəxsi məlumatın emalını məhdudlaşdırmağa sizə imkan verir. Belə hallarda Technogym özünü müdafiə hüququnu və digər fiziki və hüquqi şəxslərin hüquqlarını həyata keçirmək üçün məlumatlarınızı emal etməyə davam edə bilər.
  • Məlumatların emalına etiraz etmək hüququ, Technogym-in məlumatların emalını davam etdirməsinə imkan verən əsaslı qanuni səbəblər, hüquqlar və ya azadlıqlar olmadığı təqdirdə, müvafiq qanunlarda nəzərdə tutulmuş müəyyən hallarda şəxsi məlumatlarınızın emalına etiraz etmək imkanı verir.
Xüsusi vəziyyətinizlə bağlı səbəblər olduğu halda, Technogym və üçüncü şəxslərin hüquqi maraqlarına əsaslanan istənilən vaxt şəxsi məlumatların emalına etiraz edə bilərsiniz. Belə hallarda, məlumatın emal olunmasına davam etmək üçün digər hüquqi səbəblər olmadıqda Technogym məlumatları emal etməyəcək.Xidmətlərlə bağlı şəxsi məlumatlar bu məlumatları müstəqil nəzarətçi (məsələn, müəssisələr, Technogym Hesabına bağlı məhsul və ya xidmətlər təklif edən üçüncü tərəflər) kimi emal edən digər tərəflərlə paylaşıldığı təqdirdə, nəzarətçi tərəfin məxfilik siyasətində qeyd olunan göstərişlərə uyğun hüquqlarınızdan istifadə edəcəksiniz. Technogym, dizayn üzrə məxfilik və defolt olaraq məxfilik prinsiplərinə uyğun olaraq, hüquqlarınızın həyata keçirilməsini asanlaşdırmaq üçün sizə alətlər, həmçinin Technogym-in bununla bağlı müqavilə bağladığı tərəflərlə (məsələn, qoşulduğunuz Müəssisələr) təmin edə bilər. Siz bu alətləri MyWellnessApp və MyWellness veb-saytınızın şəxsi bölməsində tapa bilərsiniz.Öz hüquqlarınızla bağlı Technogym-dən qənaətbəxş cavab almadığınız və ya hüquqlarınızın pozulduğunu hesab etdiyiniz halda istənilən vaxt Məlumatların Müdafiəsi üzrə Hüquq mühafizə orqanına şikayət edə bilərsiniz.

DƏSTƏK

  • Əlaqə
  • Müştəri dəstəyi

COMPANY


Connect with us

Download the Technogym App


  • Safe use of Technogym products
  • Privacy policy
  • Cookie policy
  • Terms and conditions
  • Accessibility Statement
Azərbaycanda TG AMD MMC tərəfindən təqdim olunan məhsul və xidmətlər Heydər Əliyev pr., 56, AZ1033 Bakı.
Veb sayt TECHNOGYM S.p.A. VIA CALCINARO 2861,47521 CESENA (FC) tərəfindən idarə olunur
Fiskal kodu və ƏDV: 06250230965 Təsdiqlənmiş Elektron Poçt (PEC): technogym.amministrazione@legalmail.it
Forlì-Cesena Reyestrində şirkətin qeydiyyat nömrəsi, REA 315187
Tam ödənilmiş kapital Avro 10.066.375
Siae Lisenziyası 201500000083
v2.0.336